Battlefield 5 dən gözlənilməz göstərici.

Gaming Həftənin İncələməsi PC PlayStation Xbox


EA Games`in bayrağı altında FPS sevərlər üçün bazarda ən çox sevilən oyunlardan biri olan Battlefield 5 gözlənilən nəticəni göstərməkdə acizdir.

“Battlefield” oyunlar silsiləsinin I Dünya Müharibəsini özündə ehtiva edən “Battlefield 1” adlı oyunu gamerlər tərəfindən çox sevilsə də, EA Games`in E3 də böyük ümidlərlə təqdim etdiyi Battlefield 5 heç də yaxşı rəylər almayıb.

Bütün bunlar isə müxtəlif platformalarda oyunun qiymətində kəskin endirimə səbəb olub. 59.99$ kimi bir qiymətlə satışa çıxan oyunu hal-hzırda PlayStation 4 və Xbox platformaları üçün 29.99$`a əldə etmək mümkündür.

Buna baxmayaraq Battlefield oyun seriasının son oyunu keçən həftə ərzində Birləşmiş Krallıqda ən çox satılan 4 oyundan biri olaraq siyahıda öz yerini tutub.

Birləşmiş Krallıqda keçən həftənin ən çox satılan oyunl

  1. FIFA 
  2. Call of Duty: Black Ops 4
  3. Red Dead Redemption 2
  4. Battlefield V
  5.  Forza Horizon 4
  6.  Spider-Man
  7.  Fallout 76
  8.  Pokémon Let’s Go Pikachu
  9.  Spyro Reignited Trilogy
  10.  Mario Kart 8: Deluxe

Leave a Reply

Your email address will not be published. Required fields are marked *