Mount & Blade II: Bannerlord yeni blog yazısı

Gaming Jalal`ın Seçdikleri Steam

Uzun müddətdir Taleworlds’un üstündə çalışdığı Mount & Blade II: Bannerlord haqqında həftəlik olaraq yenilənən blogunda yeni məlumatlar paylaşılıb.

Mount & Blade II: Bannerlord`un yeni ekran görüntüləri yayımlanıb.

Mount & Blade II: Bannerlord yaradıcı komandasının üzvü olan oyun mühəndisi Seilm Çam, bu həftəki blog yazısının əsas müəllifi olub. Oyun mühəndisinin qeyd etdiyinə görə, yeni oyunda insanların müxtəlif yaş periodlarındaki inkişafına önəm veriləcək. Yəni, oyunda sizin nəslinizi davam etdirən uşaqların oyunun irəliləyişinə təsiri gözlədiyimizdən daha artıq olacaq.

Qeyd olunan digər qeydlərə görə 7 ildir yaradılış prosesində olan Mount & Blade II: Bannerlord özündə Strategiya və RPG ünsürlərini ehtiva edəcək.

Oyundan yeni ekran görüntülərini Sizə təqdim edirik:

Bir gamer, əlavə olaraq da seriyanın bundan əvvəlki oyunda saatlarla vaxt keçirmiş bir oyunçu olaraq 7 ildir üzərində işlənən oyunun grafiklərinin bu qədər aşağı olması, çox məyus edicidir. Yəni əgər sən bir firma olaraq sadəcə 1 oyun üzərində işləyirsənsə və bu müddət 7 ildirsə, bu grafiklərin açıqlaması nə ola bilər? Ətraf mühitin grafikləri və personajların grafikləri arasındaki ciddi fərqlər müxtəlif formalarda da tənqidə səbəb olub. Sizcə haqsızdırlar mı? Hə desək yalan olar…

1 thought on “Mount & Blade II: Bannerlord yeni blog yazısı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *