Steam`dan daha üstün online oyun satışı platforması?- RƏSMİ açıqlama

Gaming PC

Son zamanlarda artmaqda olan online oyun satışı platformalarına biri də əlavə olunur. Daha çox dostları ilə multiplayer olaraq oynayan gamer`lərə təklif etdiyi səsli söhbət kanalları xidməti ilə tanınan DİSCORD artıq adını online oyun mağazaları sırasına yazdırmağa hazırlaşır.

Müəlifflərə daha çox qazanmaları üçün bir fürsət daha.

Platforma mağazaları sırasında özünə məxsus yeri olan Steam, müəlliflərə oyun satışından 70% hissə təklif etdiyi halda, ilkin yayılan məlumatlarda isə Discord oyun müəlliflərinə 88% bir pay verəcəyini açıqlamışdı. Lakin daha sonra yayılan xəbərlərə görə görünən odur ki, artıq yaradıcılar oyun satışından 90% paya sahib olacaqlar.

Uzun müddət xəbərləşmə və ünsiyyət platorması olaraq fəaliyyət göstərən Discord özünəs abit və davamlı bir istifadəçi ordusu toplamağı bacarmışdı. Yeni gələn “Discord Store” funksiyasını da, əvvəlki istifadəçi interfeysinə rahatlıqla yerləşdirməyi bacaram şirkət, bununla istifadəçilər üçün daha əl çatan bir xidmət təklif etmiş oldu.

Bəs rəqabət qiymətlərə necə təsir edəcək?

Təəssüf ki, hələ ki qiymətlər baxımından hər hansısa bir dəyişiklik gözümüzə dəyməsə də, Steam və s. tipli mağazalarda diqqətdən kənar qalmış indie oyunları daha sərfəli qiymətə kəşf etməyiniz üçün gözəl bir imkan yaratdığı bir gerçəkdin.
Qiymət və performans nöqteyi nəzərdən baxdığımız zaman ən diqqət çəkən nöqtələrdən biri də, təklif olunan və abunəlik prinsipi əsasında çalışan “Discord Nitro”-dur. Discord Nitro, istifadəçiliyə abunəlik əsasında mağazaya daxil olan bütün oyunları oynama imkanı verməkdədir. Yəni aylıq və illik olaraq ödədiyiniz sabit bir qiymətin müqabilində Siz istənilən oyunu abunəliyiniz müddətincə oynaya bilərsiniz. Bənzər xidməti bir müddət əvvəl EA Games Orign:Access ilə öz platformasına gətirmiş olsa da, hələ ki o qədər də uğur qazanmış kimi görünmür. Qeyd edək ki, discord aylıq abunəlik üçün 5, illik abunəlik üçün isə 50 dollarlıq xidmətlər paketi təklif edir.

JALAL deyir:

Ümumiyyətlə Steam`ın taxtı qısa zamanda sarılana oxşamır amma onu da qeyd etmək lazımdır ki, hər nə qədər tez-tez fəsilləri bəhanə edib endirimlər həyataa keçirsə də, qiymətlər bəzi oyunlar üçün olduqca yüksəkdir və buna əsas səbəb Steam`ım müəlliflərə daha az faiz təklif etməsidir.Amma nəzərə alsaq ki, Steam bu bazarda illərdir xidmət göstərir və istər müştəri xidmətləri, istər təhlükəsizliyi istərsə də dostlarla oynamaq üçün təklif etdiyi dözümlü və stabil şəbəkə sistemi onu digər platformalardan ayıran əsas fərqdir. Və EA kimi nəhəng bir şirkət eblə milyard dollarlıq gücünə rəğmən bu fərqi aradan qaldıra bilməyibsə, Discord Store`un bunu qısa müddətdə öhtəsindən gələcəyi inandırıcı deyil. O vaxta qədər də, Steam gərək qiymətləndirmə siyasətində müəyyən dəyişikliklər etməyi gözə alsın.
Şirkət hər nə qədər Discord Nitro xidmətinə güvənsə də, qeyd etmək lazımdır ki, oyun sənasəyində abunəlik oyunlar hər bir oyun janrı üçün uğurlu seçim deyil. Çünki bəzən əldə etdiyiniz bir oyunu illər sonra da anlıq bir həvəslə oynamaq istəyə bilərsiniz. Lakin bir müddət sonra şirkətin aunəlik xidmətinə bu oyun daxil olmaya bilər və ya qiyməti 5$ olan bir oyun üçün 100$ dollar ödəyib də qaldığınız yerdən oynamaq istəməyə bilərsiniz. Yalnız hər il yenisi çıxan amma oyunda “yeni” sayılıacaq funksiyaları özündə yetərincə göstərməyən bəzi oyunlar (məsələn: FİFA, NBA, NFL, F1) və s. tipli oyunlar üçün daha ucuz qiymətə illik abunəliklər təklif olunsa, daha uyğun olar. Çünki, hər nə qədər də fərqlərin olmadığını bilsəz də, artıq yeni ili əhatə edən oyun satışa çıxdıqda, bir əvvəlki oyuna əvvəlki qədər diqqət ayıra bilmilrsiniz. (Bknz. FIFA hər il)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *