Yeni Dragon Age oyunu yoldadır

Gaming Jalal`ın Seçdikleri

BioWare tərəfindən gamerlərə təqdim olunan Dragon Age oyun silsiləsi, RPG sevərlər tərəfindən ən çox sevilən işlərdən biridir.

2014-cü ildə Dragon Age: İnquisition ilə “Ən Yaxşı Oyun” mükafatına layiq görülən BioWare yeni bir oyun təqdim edə bilər.

BİO şirkətinin CEO`su Casey Hudson şəxsi tvitter profilində Dekabr ayında Dragon Age markası ilə bağlı yeni məhsulu təqdim edəcəkləri barədə məlumat verib. Hər nə qədər bu təqdimatın nə zaman və harada olması ilə bağlı məlumat verilməsə də,  The Game Award 2018 tədbiri hələ ki, bunun üçün ən uyğun an hesab edilə bilər.

Mənim fikrimcə, Dragon Age oyun seriası həqiqətən də çox dərin və axıcı bir hekayəyə sahibdir. Davam seriası oyunlarının əksərən bir əvvəlki oyundan daha çox şey qoya bilmədiyi bir zamanda BioWare  Dragon Age ilə bu məsələdə çox uğurlu bir yol gedir. Amma bir marka bu qədər tutub deyə hekayənin suyu çıxana qədər onu yenidən bizlərə təqdim etmək, o qədər də yaxşı fikir olmaya bilər. 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *